Bank Of Baku

Ötən ilin ədəbi yekunları müzakirə ediləcək

Ötən ilin ədəbi yekunları müzakirə ediləcək
# 19 mart 2007 11:38 (UTC +04:00)
Martın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda 2006-cı ilin ədəbi yekunlarına həsr olunmuş respublika elmi müşavirəsi keçiriləcək. Bu barədə APA-ya AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi Nikhur Cabbarlı məlumat verib. Müşavirədə ötən ilin ədəbi mənzərəsi ayrı-ayrı janrlar üzrə təhlil ediləcək, hər janr üzrə məruzə dinləniləcək. Poeziya üzrə Vaqif Yusifli, nəsr üzrə Nərgiz Cabbarlı, dramaturgiya üzrə Aydın Dadaşov, ədəbi tənqid üzrə Rahid Xəlilov, publisistika üzrə Elçin Mehrəliyev məruzə ilə çıxış edəcəklər. Ötən ilin ədəbi yekunlarının təhlil olunduğu bu məruzələrdən sonra çıxışlara yer ayrılacaq. Müşavirə Nizami adına Ədəbiyyat İnstitutunun akt zalında keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR