Bank Of Baku

Yazıçılar Birliyində Beynəlxalq Poeziya Günü qeyd olunub

Yazıçılar Birliyində Beynəlxalq Poeziya Günü qeyd olunub
# 19 mart 2007 12:53 (UTC +04:00)
Bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) 21 Mart - Beynəlxalq Poeziya gününə həsr olunmuş poeziya axşamı keçirilib. APA-nın məlumatına görə, şeir məclisini AYB-nin poeziya seksiyasının rəhbəri Çingiz Əlioğlu aparıb. İştirakçılar Nahid Hacızadə, Abbas Abdulla, Oqtay Rza, Ədalət Əsgəroğlu, Əli Şükürlü və başqalarının yeni şeirlərini dinləyiblər. Tənqidçi Vaqif Yusifli, yazıçı Elçin Hüseynbəyli çıxışında UNESCO-nun qeyd etdiyi Beynəlxalq Poeziya gününün, bu səpgili ədəbiyyat tədbirlərinin daha geniş şəkildə keçirilməsinin vacibliyini bildiriblər. Tədbirdə tanınmış qələm sahibləri ilə yanaşı, gənclərin də şeirləri dinlənilib. Belə poeziya axşamları tez-tez keçirilsə də, Beynəlxalq Poeziya gününün növbəti ildən daha təntənəli qeyd olunması nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR