Bank Of Baku

Hüseyn Avni Qarslıoğlu xalq şairi Bəxtiyar Vahabzadəni ziyarət edib

Hüseyn Avni Qarslıoğlu xalq şairi Bəxtiyar Vahabzadəni ziyarət edib
# 27 mart 2007 12:15 (UTC +04:00)
Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Avni Qarslıoğlu Novruz bayramı münasibətilə xalq şairi Bəxtiyar Vahabzadəni ziyarət edib. TRT-nin Bakı bürosundan APA-ya verilən məlumata görə, səfir Bəxtiyar Vahabzadə kimi insanların öz əsərləri və fikirləri ilə gənclər üçün örnək olduğunu deyib. “Siz bizlər üçün işıq olduğunuz, ruhumuzu sizin əsərlərinizlə böyütdük. Sizin kimi insanlar türk dünyasının ağsaqqallarıdır. Türk dünyasının ağsaqqalları ilə hər görüşümüzdə onların simasında türk tarixinin dərinliyinin bir daha şahidi oluruq”. Bəxtiyar Vahabzadə müxtəlif ölkələrdə yaşayan türk ziyalıları arasında əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb, onların bir araya gətirilməsi üçün Türk Dünyası Akademiyasının təsis olunmasını vacib sayıb. Görüşdə iştirak edən professor Cavad Heyət də Bəxtiyar Vahabzadənin Azərbaycanın müstəqilliyi ideyasını öz serləri və yazılarında yaşatdığını, şairin ölkəmizin müstəqillik hərəkatının öncüllərindən olduğunu bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR