Bank Of Baku

AMEA Ədəbiyyat İnstitutunda ötən ilin ədəbi yekunlarına həsr olunmuş elmi müşavirə keçirilib

AMEA Ədəbiyyat İnstitutunda ötən ilin ədəbi yekunlarına həsr olunmuş  elmi müşavirə keçirilib
# 28 mart 2007 12:52 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda ötən ilin ədəbi yekunlarına həsr olunmuş elmi müşavirə keçirilib. APA-nın məlumatına görə, müşavirəni giriş sözü ilə institutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Teymur Kərimov açıb. Ədəbi müzakirənin keçirilmə vaxtı 31 Mart - Azərbaycanlıların soyqırımı tarixinə təsadüf etdiyindən ilkin məruzə bu hadisələrlə bağlı olub. Filologiya elmləri doktoru Asif Rüstəmli ermənilərin Bakıda törətdikləri qətllər, faciənin miqyasının böyüklüyünü əks etdirən ədəbi materiallar barəsində məruzə edib. Sonra iştirakçılar ötən ilin ədəbi mənzərəsini əks etdirən məruzələri dinləyiblər. 2006-cı ilin ədəbi yekunları üzrə Vaqif Yusifli (poeziya), Aydın Dadaşov (dramaturgiya), Nərgiz Cabbarlı (nəsr), Rahid Xəlilov (ədəbi tənqid), və Elçin Mehrəliyev (publisistika) məruzə ediblər. Məruzələrdən sonra müşavirənin ilk yığıncağı sona çatıb. Elmi müşavirənin növbəti yığıncağı martın 30-da olacaq. Müşavirənin ikinci günü məruzə ətrafı çıxışlara yer ayrılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR