Bank Of Baku

“Azərbaycandan portretlər”in növbəti sayı Rəsul Rzaya həsr olunacaq

“Azərbaycandan portretlər”in növbəti sayı Rəsul Rzaya həsr olunacaq
# 29 mart 2007 14:21 (UTC +04:00)
TRT-nin Bakı təmsilçiliyi Azərbaycan və Türk Dünyası ziyalılarına həsr etdiyi 13 hissəli portret verilişinin növbəti proqramını görkəmli şair Rəsul Rzaya həsr edib. Bu barədə APA-ya təmsilçilikdən məlumat verilib. “Azərbaycandan portretlər” adlanan proqramın bu sayında Rəsul Rzanın həyat və yaradıcılığından söz açılacaq. Proqramda Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, professor Aqşin Babayev, şairlərdən Ramiz Rövşən və Fikrət Sadıqın çıxışları olacaq.
Qeyd edək ki, “Azərbaycandan portretlər” proqramının hər hissəsi bir ziyalıya həsr olunub. Proqram martın 30-da Bakı vaxtı ilə saat 08:00 və 01:30-da TRT-İNT və eyni gündə saat 17:30-da TRT-TÜRK kanalında yayımlanacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR