Bank Of Baku

Şair Almas İldırımın 100 illik yubileyi münasibətilə ilk tədbir keçirilib

Şair Almas İldırımın 100 illik yubileyi münasibətilə ilk tədbir keçirilib
# 30 mart 2007 14:16 (UTC +04:00)
Bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) şair Almas İldırımın xatirəsinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbiri şair Fikrət Qoca açaraq, Almas İldırımın mühacir həyatından və vətən həsrətli poeziyasının ölməzliyindən danışıb. Ədəbiyyatşünas Nazif Ələkbərli Almas İldırımın həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış edib. Abbas Abdulla, Mahirə Abdullayeva, Maarif Teymur çıxışlarında bu tədbirlə Almas İldırımın xatirəsinə həsr edilən 100 illik yubiley iliinin başlandığını bildiriblər.
Qeyd edək ki, bu il Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Almas İldırımın 100 illiyinə həsr olunmuş bir sıra yubiley tədbirləri keçiriləcək. Vətənpərvər mövqeyinə görə daim təzyiqlərlə üzləşən şair ömrünün sonuna kimi Türkiyədə yaşayıb. Ona görə də Almas İldırımın 100 illiyi təkcə Azərbaycanda yox, həm də Türkiyədə təntənə ilə qeyd olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR