Bank Of Baku

Xalq yazıçısı Anar Türkiyəyə səfərdən qayıdıb

Xalq yazıçısı Anar Türkiyəyə səfərdən qayıdıb
# 02 aprel 2007 11:12 (UTC +04:00)
Martın 23-dən 29-na kimi Türkiyədə səfərdə olan Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar qardaş ölkədə keçirilən bir neçə tədbirdə iştirak edib. Bu barədə APA-ya məlumat verən xalq yazıçısı 4 il sədrlik etdiyi, indi isə fəxri sədri olduğu “Dialoq Avrasiya Platformu” adlı beynəlxalq təşkilatın Antalyada keçirilən toplantısına qatıldığını bildirib. Toplantıda türk cümhuriyyətləri, həmçinin Rusiya, Ukrayna, Moldova və Gürcüstandan olan nümayəndələr iştirak ediblər. Azərbaycanı tədbirdə Anarla yanaşı, “Dialoq Avrasiya” təşkilatının Azərbaycan üzrə rəhbəri, millət vəkili Nizami Cəfərov da təmsil edib. Yığıncaq maraqlı fikir mübadiləsi və gələcək planların müzakirəsi ilə yadda qalıb.
Anar daha sonra Ankaraya gedərək Türkiyə paytaxtındakı iki tədbirdə iştirak edib. Martın 26-da o, Türkiyədə müxtəlif illərdə çıxan “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Dədə Qorqud”, “Macal” və başqa kitablarını Azərbaycan ədəbiyyatı ilə maraqlanan oxucular üçün imzalayıb. Həmin gün AYB sədri TRT telekanalına müsahibə verib. Bu tədbirlərdən sonra Anar İstanbula yola düşüb. İstanbul yaxınlığında yerləşən Şilə qəsəbəsindəki universitetin müəllim və tələbələri ilə görüşən yazıçı onları maraqlandıran sualları cavablandırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR