Bank Of Baku

Yazıçı Çingiz Aytmatovun yeni romanı çap olunub

Yazıçı Çingiz Aytmatovun yeni romanı çap olunub
# 02 aprel 2007 13:03 (UTC +04:00)
Məşhur qırğız yazıçısı Çingiz Aytmatov uzun sürən fasilədən on ildən sonra yeni romanını oxuculara təqdim edib. APA-nın məlumatına görə, yazıçı bu məlumatı yaxın günlərdə verdiyi son müsahibələrində bildirib. “Dağlar çökdüyü zaman” romanı rus dilində işıq üzü görüb. Hazırda alman və türk dilinə tərcümə edilən romanda son on ildə dünyada baş verən hadisələr öz əksini tapıb. Tanınmış yazıçının budəfəki qəhrəmanları günü-gündən qloballaşan dünya ilə ayaqlaşa bilməyən insanlardır. Qırğız mifologiyasında olan əbədi sevgi nağılını, gözəl bir harmoniyanı qurmaq istəyən qızın başına gələnləri önə çəkən yazıçının digər qəhrəmanı bizim müasirimiz olan jurnalistdir. Qəzetçi və yazar Arsen Samançin də çağdaş dünya ilə ortaq dil tapa bilmir və nəticədə məhv olur. “İnsan gerçəkdən də mənəviyyatın ölümü və yalqızlıqla üz-üzə qala bilər”- deyən yazıçı insanın yer üzündəki böyük missiyasını bir daha xatırlatmağa çalışıb. Qeyd edək ki, Çingiz Aytmatov “Kassandra damğası” romanından on il sonra oxucularına təqdim etdiyi “Dağlar çökdüyü zaman” romanını qələmə almaq üçün ilyarım vaxt sərf edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR