Bank Of Baku

Paşa Qəlbinur ilk romanını yazıb

Paşa Qəlbinur ilk romanını yazıb
# 02 aprel 2007 13:56 (UTC +04:00)
Bu günlərdə 55 illik yubileyini qeyd edən şair Paşa Qəlbinur iki kitabını çapa hazırlayır. Bu barədə APA-ya məlumat verən şair yubileyini səs-küysüz, işıq üzü görən bu kitablarla qeyd edəcəyini bildirib. Paşa Qəlbinurun çapa hazırlanan kitablarının birində poeziya nümunələri toplanacaq. Şairin son şerlərinin toplandığı kitab hazırda çapa hazırlanır. Paşa Qəlbinurun yaradıcılığını izləyənlər üçün ən böyük yenilik isə onun ilk romanını bitirməsidir. “Bundan öncə hekayələrim, esselərim işıq üzü görüb, amma yenicə bitirdiyim nəsr əsəri mənim ilk romanım olacaq” deyən müəllif hazırda son redaktə işləri apardığını bildirib. Paşa Qəlbinurun hər iki - poeziya və nəsr kitabı bu ilin sonuna kimi işıq üzü görəcək. / APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR