Bank Of Baku

Dörd cilddən ibarət “Türk xalqları ədəbiyyatı” çapdan çıxıb

Dörd cilddən ibarət “Türk xalqları ədəbiyyatı” çapdan çıxıb
# 03 aprel 2007 10:48 (UTC +04:00)
“Atatürk Mərkəzinin nəşrləri” seriyasından professor Nizami Cəfərovun tərtibatı ilə “Türk xalqları ədəbiyyatı” dördcildliyi işıq üzü görüb. APA-nın məlumatına görə, “Türk xalqları ədəbiyyatı”nın birinci cildində qədim dövr, türk eposu, qədim türk şeri, qədim türk nəsri, “Kitabi-Dədə Qorqud”, Yusif Balasaqunlunun “Kutadqu-bilik” məsnəvisi, Əhməd Yasəvinin “Divani-hikmət” nəsihətamiz əsəri, Nizami Gəncəvinin “İsgəndərnamə” poeması yer alıb. Kitabın ikinci cildi türk xalqlarının orta əsrlərdəki ədəbi yaradıcılığını əhatə edir. Bu cilddə “Manas” eposu, Yunis Əmrə, İmaməddin Nəsimi, Əlişir Nəvai, Məhəmməd Füzulinin əsərləri haqqında məlumatlar toplanıb. Üçüncü cilddə XVI əsrdən başlayaraq, çağdaş dövrümüzə qədər olan ədəbi nümunələr çap olunub. “Koroğlu” dastanı , Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, Abay Kunanbayev, Tofiq Fikrət, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadənin yaradıcılığından seçmələr toplanıb. “Türk xalqları ədəbiyyatı”nın dördüncü cildi XX yüzillikdən başlayaraq, günümüzə qədər olan dövrü əhatə edir. Oxucular Cambul Çabayev, Səməd Vurğun, Nazim Hikmət, Musa Cəlil, Qafur Qulam, Əziz Nesin, Məhəmmədhüseyn Şəhriyar, Çingiz Aytmatov, Oljas Süleymenovun yaradıcılığı haqqında məlumatlarla sonuncu cilddə tanış ola bilərlər. “Türk xalqları ədəbiyyatı” “Çaşoğlu” mətbəəsində çap olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR