Bank Of Baku

Atatürk haqqında hekayələr yazılıb

Atatürk haqqında hekayələr yazılıb
# 03 aprel 2007 12:16 (UTC +04:00)
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün qəhrəmanlığı, vətənpərvərliyi həmişə ədəbiyyatın, yazarların diqqətini cəlb edib. APA-nın məlumatına görə, yenicə işıq üzü görən “Atatürkün hekayələri” kitabında görkəmli türk sərkərdəsinin, dövlət xadiminin bədii obrazı parlaq boyalarla təsvir olunub. Hekayələri Akif Abbasov qələmə alıb. Bu dəfə Azərbaycan nəsrində canlanan cəsur sərkərdə - Mustafa Kamal Atatürk yenə də silahdaşlarını, xələflərini əski türk yurdlarını, milli-mənəvi dəyərlərini göz bəbəyi kimi qorumaya çağırır. Akif Abbasovun “Atatürkün hekayələri” nəsr kitabı Osman Musayevin redaktorluğu ilə işıq üzü görüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR