Bank Of Baku

Xalq şairi Qabil vəfat edib

Xalq şairi Qabil vəfat edib
# 04 aprel 2007 07:32 (UTC +04:00)
Azərbaycan Yazıçılar Birliyindən APA-ya bildirilib ki, kəskin ürək çatışmazlığından əziyyət çəkən şairin vəziyyəti saat 23.00 radələrində pisləşib. Şair son bir ildə ürək çatışmazlığından əziyyət çəkib. Qeyd edək ki, şairin vəziyyəti iki il əvvəl də bu xəstəlik səbəbindən ağırlaşmış, lakin o vaxt həkimlərin səyi nəticəsində problem aradan qaldırılmışdı.
Mərhum 1926-cı ilin avqustun 12-də Bakıda anadan olub. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri olan şair Qabil “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub. Şairlə vida mərasimi aprelin 5-də saat 13:00-dan 15:00-a kimi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək. Azərbaycan Yazıçılar Birliyindən bildirilib ki, mərhum I Fəxri Xiyabanda dəfn olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR