Bank Of Baku

Əjdər Ol “Ölümlə zarafat” adlı kitab üzərində işləyir

Əjdər Ol “Ölümlə zarafat” adlı kitab üzərində işləyir
# 04 aprel 2007 09:34 (UTC +04:00)
Şair Əjdər Ol yeni kitabını çapa hazırlayır. Şairin APA-ya bildirdiyinə görə, yeni kitabı “Ölümlə zarafat” adlanacaq. Kitabda müəllifin hekayə və pyesləri yer alacaq. Bundan əlavə, yazar Akademik Milli Dram Teatrında səhnələşdirilən pyesinin premyerasına hazırlaşır. Əjdər Olun “Yad qadının məktubu” pyesinə rejissor Bəhram Osmanov quruluş verir. Tamaşanın premyerası bu ayın sonuna nəzərdə tutulub. Tamaşada əsas rolu xalq artisti Firəngiz Mütəllimova məşq edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR