Bank Of Baku

“Ulduz” jurnalının növbəti sayı işıq üzü görüb

“Ulduz” jurnalının növbəti sayı işıq üzü görüb
# 04 aprel 2007 11:16 (UTC +04:00)
Azərbaycan Yazıçılar Birliyinin orqanı olan “Ulduz” ədəbi-bədii jurnalının builki üçüncü sayı çapdan çıxıb. APA-nın məlumatına görə, jurnalın bu sayında Nizaməddin Şəmsizadə və Nizami Cəfərov Əsəd Cahangirin tənqidçilər haqqında mətbuatda çap edilən fikirlərinə münasibət bildirib. “Sənin “Tərəzi-mərəzi”nlə tanış olduqdan sonra belə qərara gəldim ki, “tənqidçi” adını bu qədər şəstlə öz üzərinə götürməyin hələ tezdir” - deyən N.Cəfərov belə gənc tənqidçinin olmasına təəssüflənib. Poeziya bölümündə oxuculara Faiq Balabəylinin həbsxanadan göndərdiyi şeirlər, Babək Aruslu, Telman Hüseynin yaradıcılığından nümunələr çap olunub. Bir sıra maraqlı materiallarla yanaşı, “Ulduz” oxucularına 60 yaşlı yazıçı Məmməd Orucla müsahibəni, Saday Budaqlının tərcüməsində Mixail Bulqakovun “Master və Marqarita” romanından bir hissəni, Almas İldırımın bayatılarını təqdim edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR