Bank Of Baku

Professor Kamal Abdulla Yaponiyaya dəvət olunub

Professor Kamal Abdulla Yaponiyaya dəvət olunub
# 04 aprel 2007 12:46 (UTC +04:00)
Tokionun Vaseda Universitetinin filologiya fakültəsinin professoru İkilo İto Bakı Slavyan Universitetinin rektoru professor Kamal Abdullaya məktubla müraciət edib. APA-nın məlumatına görə, yapon ədəbiyyatçılarının diqqətini Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı və “Casus” pyesi cəlb edib. Bu bədii nümunələri yapon dilinə çevirmək istəyən yapon filoloqları türklərin epos yaradıcılığının “İqor polku haqqında dastan” a təsiri ilə maraqlanıblar. Türkoloq-alim Kamal Abdulla türk-epos yaradıcılığı, eləcə də qədim oğuz mədəniyyəti ilə bağlı yapon həmkarları ilə fikir mübadiləsi aparmaq və mühazirə oxumaq üçün Tokioya dəvət edilib. Qeyd edək ki, Kamal Abdullanın daha iki kitabı çapa hazırlanır. “300 azərbaycanlı” adlı esselər kitabı Bakıda, “Yorulmaz yolçu” kitabı isə Moskvada nəşr olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR