Bank Of Baku

Koroğlunun şeirləri alman alimlərini maraqlandırıb

Koroğlunun şeirləri alman alimlərini maraqlandırıb
# 04 aprel 2007 13:37 (UTC +04:00)
“Koroğlu” xalq dastanında dildən-dilə gəzərək günümüzə yetişən Azərbaycanın xalq qəhrəmanı Koroğlunun şeirləri bu günlərdə ayrıca kitab şəklində oxuculara təqdim olunub. “Hoydu, dəlilərim, hoydu ” adlı bu şeirlər kitabının tərtibçisi folklorçu-alim İslam Sadığın APA-ya bildirdiyinə görə, bu şeirlərlə almanlar maraqlanıb. Almaniyanın Halle şəhərində yerləşən Marten Lüther Universitetinin filoloqları tərtibçi ilə əlaqə saxlayaraq, kitabı onlara göndərməsini xahiş ediblər. Onları təkcə kitab yox, həm də Koroğlu ilə bağlı əlavə məlumatlar da maraqlandırıb. Orta əsrlərdə yaşayan bir Azərbaycan qəhrəmanının həm də aşıq olması, söz qoşması faktı alman filoloqlarını heyrətləndirib. Avropalı oxucuları Koroğlu ilə daha yaxından tanış etmək istəyən alman filoloqlar qəhrəmanla bağlı yazılan elmi tədqiqatlarla maraqlanıblar. Qeyd edək ki, Koroğlunun şeirlərindən ibarət “Hoydu, dəlilərim, hoydu” kitabını bu günlərdə oxuculara təqdim edən İslam Sadıq xalq qəhrəmanı ilə bağlı tədqiqatları ilə tanınır. Koroğlunun tarixi şəxsiyyət olduğunu sübut edən İslam Sadığın “Koroğlu kim olub” və “Koroğlunun sazı və sözü” adlı kitabları çap olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR