Bank Of Baku

Vaqif Sultanlının Azərbaycanın mühacirət ədəbiyyatı ilə bağlı son tədqiqatları işıq üzü görəcək

Vaqif Sultanlının Azərbaycanın mühacirət ədəbiyyatı ilə bağlı son tədqiqatları işıq üzü görəcək
# 06 aprel 2007 12:03 (UTC +04:00)
Filologiya elmləri doktoru, professor Vaqif Sultanlının Türkiyədə yeni kitabı çapa hazırlanır. Müəllifin APA-ya bildirdiyinə görə, “Azərbaycan mühacirət ədəbiyyatı” kitabını türk dilinə doktor Ənvər Uzun uyğunlaşdırıb. Kitabda müxtəlif səbəblər üzündən vətəndən kənarda yaşayıb-yaradan Azərbaycanın ədəbiyyat xadimlərinin həyat və yaradıcılığından bəhs olunur. Azərbaycanın mühacirət ədəbiyyatını ardıcıl tədqiq edən Vaqif Sultanlının bu sıradan daha bir kitabı Bakıda çap ediləcək. Yaxın günlərdə çapdan çıxacaq kitab “Mühacirət ədəbiyyatı araşdırmaları” adlanır. Kitabda elmi məqalələrlə yanaşı, müəllifin mühacirlərin doğmaları ilə qürbətdəki görüşləri, övladlarının xatirələri, şahidlərin söhbətləri də yer alıb. Qürbətdə Əhməd Ağaoğlunun nəvəsi, Əli bəy Hüseynzadənin qızı ilə görüşüb söhbətləşən müəllif bu xatirə yazılarını da geniş oxucu auditoriyasına təqdim edir. Bundan əlavə, alimin 1998-ci ildə nəşr etdirdiyi “Azərbaycan mühacirət ədəbiyyatı” elmi monoqrafiyası da tamam yeni bir şəkildə işıq üzü görəcək. Tədqiqatçının son illər Almaniya, Rusiya, Polşa kitabxanalarında apardığı araşdırmaların nəticələri də kitabın yeni nəşrinə əlavə olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR