Bank Of Baku

Almas İldırımın 100 illiyi Türkiyədə qeyd olunacaq

Almas İldırımın 100 illiyi Türkiyədə qeyd olunacaq
# 06 aprel 2007 13:51 (UTC +04:00)
Aprelin 10-dan 15 - nə kimi Türkiyənin Elazığ şəhərində Azərbaycanın mühacir şairi Almas İldırımın xatirəsinə həsr olunmuş tədbirlər keçiriləcək. Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anarın APA-ya bildirdiyinə görə, bu tədbirlər şair Almas İldırımın 100 illik yubileyinə həsr olunub. Elazığ şəhərinin elm və ədəbiyyat xadimlərinin təşkilatçılığı ilə qurulan bu anım məclislərində iştirak etmək üçün Azərbaycan yazıçıları aprelin 10-da Türkiyəyə yola düşəcək. Tədbirlərdə Azərbaycan yazıçılarını Fikrət Qoca, Anar, Maarif Teymur, Ədalət Əsgəroğlu təmsil edəcək. Bu ərəfədə Türkiyədə Almas İldırımın şerlər kitabı çapdan çıxacaq. Kitaba ön sözü xalq yazıçısı Anar yazıb. Qeyd edək ki, ömrünün sonuna kimi mühacirətdə qalan şair Almas İldırımın xatirə tədbirləri Bakıda da təntənə ilə qeyd olunacaq. May ayına planlaşdırılan bu tədbirlərdə Türkiyənin elm və ədəbiyyat xadimləri iştirak edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR