Bank Of Baku

“Molla Nəsrəddin” jurnalının 101 illiyi münasibətilə tədbir keçirilib

“Molla Nəsrəddin” jurnalının 101 illiyi münasibətilə tədbir keçirilib
# 06 aprel 2007 17:04 (UTC +04:00)
Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda “Molla Nəsrəddin” jurnalının 101 illiyi münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadənin müəllifliyi ilə “Azərbaycan karikaturası: dünən və bu gün” adlı kitabı da təqdim olunub. Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov “Molla Nəsrəddin” jurnalının yaranma tarixindən danışıb. Akademik Ömər Eldraov isə bu jurnalın Azərbaycan karikatura sənətində böyük rol oynadığını deyib. Sonra Azərbaycan karikatura sənətinin inkişafında göstərdiyi xidmətlərə görə Elman Mirzəyev, Seyran Nəsirov, Bulud Qasımov, Bayram Qasımxanlı və başqaları diploma layiq görülüblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR