Bank Of Baku

Azərbaycan tərəfi Gürcüstanda tapılan “Koroğlu” dastanının qədim mətninin əldə edilməsi üçün Gürcüstan Əlyazmalar İnstitutuna müraciət edəcək

Azərbaycan tərəfi Gürcüstanda tapılan “Koroğlu” dastanının qədim mətninin əldə edilməsi üçün Gürcüstan Əlyazmalar İnstitutuna müraciət edəcək
# 09 aprel 2007 12:11 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun direktoru Məmməd Adilov deyib. M. Adilovun bildirdiyinə görə, dünyanın heç bir ölkəsində əlyazmaların dəyişdirilməsi söhbət mövzusu ola bilməz. Ən yaxşı halda, qorunan əlyazmaların surətləri qarşı tərəfə təqdim olunur. “Biz gürcüstanlı həmkarlarımızla danışıqlara hazırıq. Mətbuata dedikləri kimi, həqiqətən də, Gürcüstanda “Koroğlu” dastanının qədim mətni tapılıbsa, onu istənilən şərq abidəsinin əlyazmasının surəti ilə dəyişməyə razıyıq”, - deyən Əlyazmalar İnstitutunun direktoru bu barədə Gürcüstan Əlyazmalar İnstitutuna məktubla müraciət edəcəklərini də bildirib.
Qeyd edək ki, uzun müddət Gürcüstan Əlyazmalar İnstitutunda araşdırmalar aparan mərhum alim Dilarə Əliyeva bir sıra əlyazmalarla yanaşı, “Koroğlu” dastanının qədim əlyazmalarını da əldə edib. Bu əlyazmaların surəti isə köçürülərək nəşr olunub. Hazırda Azərbaycan folklorçuları “Koroğlu” dastanının Tiflisdə tapıldığı iddia edilən qədim mətninin həqiqətən yeni olması məsələsini aydınlaşdırırlar.
Əlavə edək ki, Gürcüstan Əlyazmalar İnstitutunun direktor müavini Georgi Kalandiya ANS-ə açıqlamasında “Koroğlu” dastanının qədim mətnin tapıldığını, Azərbaycan tərəfi maraqlanıb, müraciət edərsə, həmin mətni Azərbaycana verə biləcəklərini söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR