Bank Of Baku

Azərbaycan dilində ilk nəsr əsəri tapılıb

Azərbaycan dilində ilk nəsr əsəri tapılıb
# 09 aprel 2007 12:35 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun direktor müavini Paşa Əlioğlu məlumat verib. Türkiyənin İstanbul və Konya şəhərinə elmi ezamiyyətdən qayıdan AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, filologiya elmləri doktoru Məmməd Adilov özü ilə bir neçə qiymətli abidənin surətini gətirib. Bu abidələrdən birincisi XIV əsrdə yaşamış Azərbaycan şairi Mustafa Zəririn “Sirətün-Nəbi və ya Siyər” kitabıdır. Bu, türkdilli xalqların ədəbiyyatında Məhəmməd peyğəmbərin həyatından bəhs edən ilk dini dastandır. Mustafa Zərir Misirdə olduğu müddətdə VIII əsrdə yaşamış ərəb alimi İbn İshaqın “Kitabu-sirətür-Rəsulullah” əsərini “Sirətün-Nəbi” adı ilə Azərbaycan dilinə həm nəsr, həm də nəzmlə tərcümə etməyə başlayıb. Böyük mütəfəkkirşair bu ağır işi 1380-ci ildə tamamlayıb. Mustafa Zəririn bu kitabı Azərbaycan ədəbiyyat tarixində ilk tərcümə və nəsr əsəri, eləcə də türkdilli ədəbiyyatda peyğəmbərə həsr olunmuş ilk dini dastan nümunəsi hesab olunur. Belə bir kitabın varlığı bilinsə də, mətninin tapılıb-üzə çıxarılması yalnız indi mümkün olub. Türkiyədən Azərbaycana gətirilən digər qədim əlyazma surəti isə Nəiminin məşhur “Cavidannamə” kitabının mətnidir. “Cavidannamə” XV əsrdə türk dilinə çevrilib. Bu mətnin surətini də yalnız indi Bakıya gətirmək mümkün olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR