Bank Of Baku

Türkiyədə Almas İldırımın 100 illik yubileyi qeyd ediləcək

Türkiyədə Almas İldırımın 100 illik yubileyi qeyd ediləcək
# 09 aprel 2007 13:16 (UTC +04:00)
Türkiyənin Elazığ şəhərində azərbaycanlı şair Almas İldırımın 100 illik yubileyi qeyd ediləcək. APA-nın Türkiyə bürosunun xəbərinə görə, tədbirlərin təşkilat komitəsinin üzvü, yazıçı-jurnalist Bədrəddin Keleştimur Sovet hakimiyyəti dövründə millətçi baxışlarına və şeirlərinə görə bir neçə dəfə sürgünə göndərilən, ən sonda Türkiyəyə qaçaraq Elazığda məskunlaşan A. İldırımın xatirəsinə həsr olunmuş tədbirlər keçiriləcəyini bildirib. Onun sözlərinə görə, tədbirləri Türkiyə və Azərbaycanın Mədəniyyət və Turizm nazirlikləri, Elazığ valiliyi və hər iki ölkənin qeyri-hökumət qurumları təşkil edir. O, 11-13 aprel tarixlərində keçiriləcək tədbirlər çərçivəsində “Xəzərdən Xəzərə Almas İldırım” mövzusunda simpoziumun təşkil olunacağını də deyib. Simpoziuma Fırat Universitetinin, Azərbaycan Yazıçılar Birliyinin və Avrasiya Yazarlar Birliyinin nümayəndələri qatılacaqlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR