Bank Of Baku

Aşıq Ələsgər günləri keçiriləcək

Aşıq Ələsgər günləri keçiriləcək
# 10 aprel 2007 10:40 (UTC +04:00)
Aprelin 11-də Folklor İnstitutu aşıq yaradıcılığının aktual problemlərinə və Aşıq Ələsgərin yaradıcılığına həsr olunmuş elmi sessiya keçirəcək. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru Hüseyn İsmayılov məlumat verib. Folklor İnstitutunun hər il təşkil etdiyi Aşıq Ələsgərin xatirə məclisi isə bu dəfə Mərdəkan dendrarisində qurulacaq. Aprelin 11-də keçiriləcək sazlı-sözlü məclisdə əvvəlcə aşıq yaradıcılığının çağdaş problemləri müzakirə ediləcək. Professor Hüseyn İsmayılov, filologiya elmləri namizədi İslam Ələsgərov (Aşıq Ələsgərin nəvəsi) və filologiya elmləri namizədi Elxan Məmmədlinin məruzəsi dinləniləcək. Tədbirdə həm Qərb, həm də Şirvan aşıqları çıxış edəcəklər. Onlar dastanlardan parçalar ifa edəcək, Dədə Ələsgərdən şeirlər oxuyacaqlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR