Bank Of Baku

Şair Ayaz Vəfalının 70 yaşı qeyd olunacaq

Şair Ayaz Vəfalının 70 yaşı qeyd olunacaq
# 10 aprel 2007 11:58 (UTC +04:00)
Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şair Ayaz Vəfalının 70 illiyinə həsr olunmuş tədbir keçiriləcək. AYB-dən APA-ya verilən məlumata görə, şairin yubileyi aprelin 17-də qeyd ediləcək. Əslində “Ədəbiyyat” qəzetinin baş redaktoru Ayaz Vəfalının 70 yaşı aprelin 1-də tamam olub. Amma yubilyarın APA-ya bildirdiyinə görə, təqvimin bu günü hörmət etdiyi qələm adamlarını itirib. “Sonra da ağsaqqal şairimiz Qabili itirdik, tədbiri bir az da ləngitdik” - deyən şair xüsusi təmtərağa həvəs göstərmədiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR