Bank Of Baku

“Bənövşə çələngi” kitabının təqdimat mərasimi olub

“Bənövşə çələngi” kitabının təqdimat mərasimi olub
# 11 aprel 2007 13:14 (UTC +04:00)
Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Bənövşə çələngi” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli açıb. Jurnalist Əli Rza Xələfli, şair Söhrab Tahir, eləcə də digər çıxışçılar poeziyamızın ən zərif nümunələrinin bir kitabda toplanması ideyasını alqışlayıblar. Kitabda Aşıq Qurbanidən başlayaraq bugünkü dövrümüzə qədər yaşayıb-yaradan şairlərin bənövşəyə həsr olunan şeirləri toplanıb. Molla Pənah Vaqif, Səməd Vurğun, Osman Sarıvəlli, Məmməd Araz, Nüsrət Kəsəmənli və başqalarının şeirləri ilə yanaşı, Mirvarid Dilbazinin bənövşəyə həsr etdiyi poeması topluda yer alıb. 102 səhifəlik kitabın tərtibçisi və ön sözün müəllifi Tariyel Abbaslı, redaktoru Zəminə Xınalı, bədii redaktoru Yusif Dirilidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR