Bank Of Baku

Çingiz Abdullayev tələbələrlə görüşüb

Çingiz Abdullayev tələbələrlə görüşüb
# 11 aprel 2007 14:27 (UTC +04:00)
Bu gün Bakı Slavyan Universitetində hüquq elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı Çingiz Abdullayevlə görüş olub. APA-nın məlumatına görə, tələbələrlə görüşə gələn Çingiz Abdullayev internetin dəbdə olduğu bir dövrdə yaşamağımıza baxmayaraq, kitabın əhəmiyyətinin danılmaz olduğunu bildirib. “Kitab oxuyan adam heç vaxt yalan danışmır, həmişə vicdanlı olur” - deyən yazıçı pulun həyatda əsas amil olmadığını qeyd edərək, tələbələrə kitablardan uzaqlaşmamağı, dünyagörüşlərini məhz kitabların köməyi ilə artırmağı tövsiyə edib. Tələbələrin suallarını cavablandıran yazıçı böyük fikir sahiblərinin dünyanı dəyişdiyini söyləyib. Nizami, Füzuli, Nəsimidən sonra yazı yazmağın çətin olduğunu bildirən Çingiz Abdullayev Mirzə İbrahimov və İsmayıl Şıxlıdan nümunə götürdüyünü deyib. Hazırda 7 əsərinin xarici dildə kino versiyası olan yazıçının 8-ci ekran əsəri Azərbaycan rejissorunun quruluşu ilə Azərbaycan dilində çəkiləcək. Çingiz Abdullayev Ernest Hemenqueyi özünə ideal yazıçı saydığını, Azərbaycan yazıçılarından isə Natiq Rəsulzadəni çox oxuduğunu bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR