Bank Of Baku

Yazıçı Anarın başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Almas İldırımın Türkiyədə keçirilən yubiley tədbirlərində iştirak edir

Yazıçı Anarın başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Almas İldırımın Türkiyədə keçirilən yubiley tədbirlərində iştirak edir
# 12 aprel 2007 11:42 (UTC +04:00)
Türkiyənin Elazığ şəhərində azərbaycanlı şair Almas İldırımın 100 illik yubileyi münasibətilə tədbirlər keçirilir. APA-nın Türkiyə bürosunun xəbərinə görə, yubiley tədbirlərində Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli, həmçinin bir qrup şair və yazıçıdan ibarət Azərbaycan nümayəndə heyəti də iştirak edir. Bu gün onlar Elazığ valisi Müəmmər Muşmalla görüşüblər. M. Muşmal Azərbaycan nümayəndə heyətini qəbul etməkdən məmnun olduğunu bildirərək A. İldırımı Azərbaycan və Türkiyənin ortaq dəyəri adlandırıb. Anar isə daha əvvəl Elazığda Almas İldırımın xatirəsinə həsr olunan 13-cü Beynəlxalq Xəzər Şeir Axşamlarında iştirak etdiyini xatırladaraq bu şəhərdən xoş xatirələrlə ayrıldığını söyləyib: “O vaxtdan bəri Elazığ daha da gözəlləşib. Bizim milli şairimiz Almas İldırım üçün hazırladığınız proqrama görə sizə təşəkkür edirik. İndi növbə bizdədir. Hamınızı iyun ayında Bakıda gözləyirik”.
Qeyd edək ki, Sovet hökumətinin aramsız təqib və repressiyalardan canını qurtararaq Türkiyəyə qaçan A. İldırım 19 il Elazığ şəhərində yaşayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR