Bank Of Baku

Türkiyənin Elazığ şəhərində Almas İldırımın adına küçə verilib

Türkiyənin Elazığ şəhərində Almas İldırımın adına küçə verilib
# 13 aprel 2007 14:48 (UTC +04:00)
Türkiyənin Elazığ şəhərindəki küçələrdən biri bundan sonra Azərbaycan şairi Almas İldırımın adını daşıyacaq. APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Elazığ bələdiyyəsi qərar qəbul edib. A. İldırımın 100 illik yubileyi münasibətilə keçirilən tədbirdə çıxış edən bələdiyyə başqanı Süleyman Salmanoğlu Elazığın türk dünyasının dəyərləri, hədəfləri və diləklərinin ifadə olunduğu zirvə halına gəldiyini bildirib. O, Almas İldırımın adının Elazığda əbədi yaşadılacağını söyləyib.
Qeyd edək ki, sovet zülmündən qaçaraq Türkiyəyə sığınan Almas İldırım 19 il Elazığda yaşayıb yaradıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR