Almas İldırımın 100 illiyi Türkiyədə təntənə ilə qeyd olunub
Həmin gün Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyə Kültür və Turizm Bakanlığının dəstəyi, Elazığ Valiliyi, Elazığ Bələdiyyəsi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən Almas İldırımın 100 illiyinə həsr olunmuş tədbirlərin açılışı başlayıb. Fırat Universitetinin Atatürk Mərkəzində keçirilən açılışda Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təbrik məktubu oxunub. Elazığ Anadolu Liseyi və “Turan” qəzetinin qonağı olan tədbir iştirakçıları daha sonra şairin adının əbədiləşdirilməsi mərasiminə qatılıblar. Elazığ şəhərinin mərkəzi küçələrindən birinə Almas İldırımın adı verilib. Küçənin açılış mərasimində Elazığ Bələdiyyəsinin başqanı Süleyman Selmanoğlu, Elazığ valisi Muammer Muşmal, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təmsilçisi Vaqif Bəhmənli və başqalarının çıxışı dinlənilib. Həmin gün Almas İldırımın vəsiyyəti yerinə yetirilib. Elazığ şəhəri yaxınlığında şairin ad verdiyi Xəzər gölünə Bakıdan yola düşən nümayəndə heyətinin özü ilə apardığı Xəzər dənizinin suyu axıdılıb. Aprelin 12-də Fırat Universitetinin Atatürk Kültür Mərkəzində “Xəzərdən Xəzərə” adlı Almas İldırımın yubileyinə həsr olunmuş simpozium keçirilib. Simpoziumda şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib, şeirləri ifa edilib. Simpoziumarası konfranslarda Ənvər Araslının Almas İldırıma həsr etdiyi, Anarın ön söz yazdığı “Xəzərdən Xəzərə” kitabının təqdimatı olub. Aprelin 13-də nümayəndə heyəti Xan kəndində və Ağın kəndində şairin yaşadığı evi ziyarət edib, Xankəndinin Atatürk küçəsi ilə kəsişən küçəyə Almas İldırımın adının verilməsi mərasiminə qatılıb. Tədbirlərdə şairin hazırda Türkiyədə yaşayan oğlu Azər Almas da iştirak edib. Çox böyük təntənə ilə qeyd olunan Almas İldırım günləri aprelin 14-ü başa çatıb. Qeyd edək ki, Azərbaycan Demokratik Cümhuriyyətinin süqutundan sonra millətçilik ruhunda yazdığı şeirlərə görə təzyiqlərlə üzləşən Almas İldırım əvvəlcə Azərbaycandan Dağıstana, oradan Türkmənistana, sonra İrana və nəhayət, Türkiyəyə köçməyə məcbur olub. Türkiyənin 200 kəndində yaşayan şair ömrünün sonuna kimi bu ölkədə sığınacaq tapıb. Elazığ şəhərində təntənə ilə qeyd olunan bu yubiley tədbirləri ilə qonşu ölkə Azərbaycanın mühacir şairinə olan böyük hörmət və məhəbbətini ifadə edib. /APA/
Ədəbiyyat
Mədəniyyət Nazirliyi Laçındakı “Simurq” kitabxanası ilə bağlı məsələyə münasibət bildirib
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana ukraynalı şairin adı verilib
Çingiz Əlioğlu “Qurd qapısı” qəbiristanlığında dəfn edilib - FOTO
Mədəniyyət Nazirliyi şair Çingiz Əlioğlunun vəfatı ilə bağlı məlumat yayıb
Xəbər Lenti
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır
Pit Heqset ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcəyini bildirib
MEDİA: “Ajmedia.news” Media Reyestrində yoxdur və fəaliyyəti qanunsuz hesab edilib
Fransa ABŞ-ın “azad müttəfiqi” olduğunu açıqlayıb
Qətər və Türkiyə XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
Şirvanda iki avtomobil toqquşub, ölən və yaralanan var - YENİLƏNİB
İsrail Livanın cənubuna hücum edib
Rusiyada dizel yanacağının ixracına qoyulan qadağanın müddəti uzadılıb
Lənkəranda yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb
Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb
Rəsmi Moskva: Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur
Narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB