Bank Of Baku

Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı işıq üzü görüb

Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı işıq üzü görüb
# 16 aprel 2007 16:58 (UTC +04:00)
Mahmud Kaşğarlı adına Beynəlxalq Fond görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” monoqrafiyasını nəşr edib. Fondun icraçı direktoru Elxan Zal Qaraxanlının APA-ya bildirdiyinə görə, “İRS” seriyasından buraxılan bu kitab böyük Füzuli yaradıcılığından bəhs edən ilk irihəcmli və sanballı elmi-tədqiqat əsəridir. Bu günədək “İRS” seriyasından türk dünyasının bir çox görkəmli şəxsiyyətlərinin əsərləri nəşr edilib. Füzuli və Mir Cəlal yaradıcılığını özündə ehtiva edən, yaşlı nəsil oxuculara yaxşı tanış olan “Füzuli sənətkarlığı” monoqrafiyası yeni nəsil oxucular üçün də dəyərli mənbədir. İndiyə qədər bu monoqrafiya iki dəfə 1958 və 1994-cü illərdə işıq üzü görüb. “İRS” seriyasının növbəti nəşrləri Mikayıl Azaflının “Qoca qartal” və Güllü Yoloğlunun “Türk şamanizmi” kitabları olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR