Bank Of Baku

Sabah satirik şair Baba Pünhanın dünyasının dəyişməsindən 3 il ötür

Sabah satirik şair Baba Pünhanın dünyasının dəyişməsindən 3 il ötür
# 16 aprel 2007 17:11 (UTC +04:00)
Sabah satirik şair Baba Pünhanın dünyasının dəyişməsinin 3 ili tamam olur. APA-nın məlumatına görə, zəmanəmizin satirik şairi Atababa Seyidəlioğlu Mədətzadə (Baba Pünhan) 1948-ci il noyabrın 5-də Bakıda anadan olub. Yaradıcılığına lirik qəzəllərlə başlayan şair 1990-cı ildə lirikaya satirik ruh gətirərək satirik şair adını qazanıb. Şair Baba Pünhanı xalqa sevdirən onun “Qulp” verilişində oxuduğu şeirlər olub. 5 il bu verilişdə əməkdaşlıq edən şair satirik şeirlərini kitab vasitəsilə də oxucularına çatdırıb. Şairin “Yalan çeynəyə-çeynəyə”, “Acı həqiqət”, “Mən nə dedim ki!”, “Kim nə götürdü?” kitabları işıq üzü görüb. Baba Pünhan 2004-cü il aprelin 5-də Mərkəzi Klinik Xəstəxanada ürəyindən kiçik əməliyyat olunub. Aprelin 8-də beyninə qan sızması nəticəsində vəziyyəti ağırlaşıb. Aprelin 17-də şair Baba Pünhan dünyasını dəyişib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR