Bank Of Baku

Strasburqda Şah İsmayıl Xətainin həyat və yaradıcılığına həsr olunmuş elmi-ədəbi konfrans keçiriləcək

Strasburqda Şah İsmayıl Xətainin həyat və yaradıcılığına həsr olunmuş elmi-ədəbi konfrans keçiriləcək
# 17 aprel 2007 08:07 (UTC +04:00)
APA-nın Avropa Şurasında akkreditə olunmuş əməkdaşının verdiyi məlumata görə, konfrans Strasburqdakı Azərbaycan Evində baş tutacaq. Azərbaycan Evi, Mark Blok Universiteti və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi görkəmli dövlət xadimi Şah İsmayıl Xətainin anadan olmasının 520 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirməyi nəzərdə tutur. Azərbaycan Evində baş tutacaq ilk belə tədbirdə Strasburqda səfərdə olan millət vəkili, professor Rafael Hüseynovun “Şah İsmayıl Xətainin Azərbaycan dövlətçiliyi və Azərbaycan ədəbiyyatındakı yeri” adlı məruzəsi dinləniləcək. İyun ayında Mark Blok Universitetində keçirilməsi nəzərdə tutulan konfransda Rafael Hüseynov, Strasburqda yaşayan görkəmli şərqşünas və türkoloq-alim İren Məlikov və Mark Blok Universitetinin müəllimi Stefan Tapianın Şah İsmayıl Xətainin həyat və yaradıcılığına həsr olunmuş məruzələri dinləniləcək. Oktyabr ayında isə Azərbaycan Evində təşkil olunacaq tədbirdə isə Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi əməkdaşlarının hazırladıqları sərgi nümayiş olunacaq, şairin şerləri və şerlərinə bəstələnmiş musiqilər səslənəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR