Bank Of Baku

Şair Ayaz Vəfalının 70 illiyi qeyd olunub

Şair Ayaz Vəfalının 70 illiyi qeyd olunub
# 17 aprel 2007 13:37 (UTC +04:00)
Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda şair, tərcüməçi Ayaz Vəfalının 70 illiyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə xalq şairi Fikrət Qoca açıb. AYB sədri, xalq yazıçısı Anar 10-dan artıq şeir kitabının müəllifi olan yubilyarı təbrik edib, onun “Ədəbiyyat” qəzetindəki 50 illik fəaliyyətini yüksək qiymətləndirib. Professor Tofiq Hacıyev, professor Qəzənfər Paşayev, şair Zəlimxan Yaqub, yazıçı Yusif Əhmədov öz çıxışlarında şair Ayaz Vəfalıdan sözə sədaqətli şair, məsuliyyətli insan kimi söz acıblar. Qeyd edək ki, hazırda “Ədəbiyyat” qəzetinin baş redaktoru olan Ayaz Vəfalı “Füzuli və folklor”, “Füzuli xəlqiliyi” kitablarının müəllifidir. O, Əlişir Nəvainin “Leyli və Məcnun” dastanını, Taras Şevçenkonun “Kor qadın” poemasını Azərbaycan dilinə çevirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR