Bank Of Baku

Xalq şairi Söhrab Tahirin yaradıcılıq gecəsi keçirilib

Xalq şairi Söhrab Tahirin yaradıcılıq gecəsi keçirilib
# 19 aprel 2007 16:48 (UTC +04:00)
Bu gün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Mədəniyyətinin Təbliği Mərkəzinin təşəbbüsü ilə xalq şairi Söhrab Tahirin yaradıcılıq gecəsi keçirilib. APA-nın məlumatına görə, gecəni mərkəzin direktoru Arif Mədətov açaraq S. Tahirin həyat və yaradıcılığından danışıb, şairin bütün ömrü boyu xalqına və ədəbiyyata qulluq etdiyini deyib. Tədbirdə iştirak edən xalq şairi Zəlimxan Yaqub isə çıxışında ömrünün 80 ilindən 60 ilini Azərbaycan ədəbiyyatına sərf edən S. Tahirin işığına toplaşmağın xoş olduğunu bildirib.
Sonra gecədə Cənubi Azərbaycandan yubilyarı təbrikə gələn musiqiçilərin ifasında konsert olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR