Bank Of Baku

“Mişel Nostradamusun möcüzəli aləmi ” kitabının təqdimat mərasimi keçirilib

“Mişel Nostradamusun möcüzəli aləmi ” kitabının təqdimat mərasimi keçirilib
# 20 aprel 2007 13:27 (UTC +04:00)
Azərbaycan Yazıçılar Birliyində (AYB) Qəzənfər Paşayevin “Mişel Nostradamusun möcüzəli aləmi” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbiri filologiya elmləri namizədi Ayaz Vəfalı aparıb. Tədbirdə AYB sədri Anar, xalq şairi Fikrət Qoca, tənqidçi Arif Əmrahoğlu, xalq şairi Zəlimxan Yaqub və başqaları çıxış edərək, kitabın çağdaş oxucu üçün əhəmiyyətindən söz açıblar. Professor Qəzənfər Paşayev bu kitabın üzərində aramsız olaraq yeddi il işlədiyini bildirib: “Mişel Nostradamusun öncəgörmələri, dünyada baş verən hadisələri dəqiqliyi ilə izah etməsi həmişə alimləri düşündürüb. Amma, Mişel Nostradamusun bu qeyri-adi keyfiyyətləri bəşəriyyət üçün sirr olaraq qalıb”. Kitabın elmi redaktoru akademik Bəkir Nəbiyev, rəyçisi Ayaz Vəfalıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR