Bank Of Baku

Əbülfəs Qarayev Rusiya Mədəniyyət və Kinematoqrafiya Agentliyinin rəhbəri ilə görüşüb

Əbülfəs Qarayev Rusiya Mədəniyyət və Kinematoqrafiya Agentliyinin rəhbəri ilə görüşüb
# 20 aprel 2007 14:12 (UTC +04:00)
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Rusiya Mədəniyyət və Kinematoqrafiya Federal Agentliyinin rəhbəri Mixail Şvıdkoyla görüşüb. APA-nın məlumatına görə, M. Şvıdkoy bildirib ki, Rusiya və Azərbaycan qarşılıqlı əməkdaşlıq şəraitində işləməyə davam edəcək: “Bu istiqamətdə görülən tədbirlərdən biri ədəbiyyat xadimləri ilə bağlı olacaq. Biz Azərbaycan yazıçı və şairlərini Rusiyada tanıtmaq üçün onların əsərlərini çap etdirəcəyik. Düzdür, bu gün Çingiz Abdullayev, Rüstəm və Maqsud İbrahimbəyovlar Rusiyada çox gözəl tanınırlar və onların xeyli oxucuları var. Ancaq Azərbaycan ədəbiyyatı olduqca zəngindir və bu zənginliyi əks etdirmək üçün bir sıra layihələr həyata keçirəcəyik”. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə bu günlərdə Moskvada keçirilən Azərbaycan Mədəniyyət Günlərinin yüksək səviyyədə təşkil olunmasına şərait yaradılığı üçün agentlik rəhbərinə təşəkkürünü bildirib. Naizirin sözlərinə görə, bundan sonra tez-tez Azərbaycanda Rusiya, Rusiyada isə Azərbaycan musiqiçilərinin konsertləri təşkil olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR