Bank Of Baku

Görkəmli tarixçi, dramaturq, publisist Mirzə Məhəmməd Axundzadənin həyat və yaradıcılığından bəhs olunan kitab çapdan çıxıb

Görkəmli tarixçi, dramaturq, publisist Mirzə Məhəmməd Axundzadənin həyat və yaradıcılığından bəhs olunan kitab çapdan çıxıb
# 21 aprel 2007 11:41 (UTC +04:00)
Görkəmli tarixçi, dramaturq, publisist Mirzə Məhəmməd Axundzadənin həyat və yaradıcılığından bəhs olunan kitab işıq üzü görüb. Bu barədə APA-ya məlumat verən kitabın müəllifi Nazim Rza bildirib ki, 308 səhifədən ibarət yeni nəşr 11 fəsildən ibarətdir. Kitabda M.M.Axundzadənin Nizami Gəncəvi və teatr haqqında ilk əsərlərin müəllifi, Molla Nəsrəddinçi şair, tərcüməçi, xeyriyyəçi olması barədə yazılar yer alıb. AMEA-nın qərarı ilə nəşr olunan kitabın hazırlığına 2001-ci ildən başlanılıb. N. Rzanın sözlərinə görə, bu, Mirzə Məhəmməd Axundzadə haqqında ilk kitabdır. N. Rzanın müəllifliyi ilə bu günlərdə nəşr olunacaq növbəti kitab isə “Neft. Qlobal münaqişələr mənbəyi” adlanır. 400 səhifədən ibarət olacaq kitabda 30 fəsildən ibarətdir. Həmin fəsillərdə eramızdan əvvəlki illərdən başlamış XX əsrin 30-cu illərinə kimi baş verən tarixi hadisələrdən söz açılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR