Bank Of Baku

Şair Abdullah Faruqun 100 illiyi qeyd olunacaq

Şair Abdullah Faruqun 100 illiyi qeyd olunacaq
# 23 aprel 2007 12:48 (UTC +04:00)
Sabah Azərbaycan Yazıçılar Birliyində (AYB) şair Abdullah Faruqun 100 illiyi qeyd olunacaq. Bu barədə APA-ya AYB-nin mətbuat xidmətindən məlumat verilib. Həyat və yaradıcılığı haqqında çox az məlumat yayılmış şair Abdullah Faruqun hələlik qəzəlləri və şeirləri işıq üzü görüb. Onun 1936-cı ildən 1942-ci ilə kimi qələmə aldığı gündəliyi dəyərli publisistika nümunəsidir. Müəyyən tarixi və ədəbi dövr haqqında ətraflı məlumat olan bu gündəlik hazırda çapa hazırlanır.
Qeyd edək ki, uzun müddət təbliğ olunmayan Abdullah Faruq 1907-ci il aprelin 24-də Göyçay rayonunda anadan olub. Sonra Bakıya gələn və Mehdi Hüseynzadə, Mikayıl Müşfiq və Mir Cəlalla dostlaşan şair əlifbanın dəyişməsinə etiraz edib. Mircəfər Bağırova göndərdiyi etiraz məktubu şairin taleyini dəyişib. AYB-dən çıxarılan və həbs edilən Abdullah Faruq həbsxanadan könüllü ön cəbhəyə yollanıb və müharibədə həlak olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR