Bank Of Baku

“Azərbaycan ədəbiyyatı tarixi”nin ikinci cildi nəşr olunacaq

“Azərbaycan ədəbiyyatı tarixi”nin ikinci cildi nəşr olunacaq
# 23 aprel 2007 15:49 (UTC +04:00)
Altı cilddən ibarət “Azərbaycan ədəbiyyatı tarixi”nin II cildi yaxın günlərdə çapdan çıxacaq. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi Nikbur Cabbarlı məlumat verib. Ədəbiyyat İnstitutunun tərtib etdiyi kitabda ən qədim dövrlərdən XIII əsrə qədər olan ədəbi dövr əhatə olunacaq. Azərbaycan ədəbiyyatı tarixinin ikinci cildi “Elm” nəşriyyatında çap ediləcək.
Qeyd edək ki, folklor nümunələrinin toplandığı “Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildi 2004-cü ildə işıq üzü görüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR