Bank Of Baku

Nəsiman Yaqublunun “Azərbaycan-Polşa münasibətlərində Məmməd Əmin Rəsulzadənin rolu” kitabının təqdimat mərasimi keçiriləcək

Nəsiman Yaqublunun “Azərbaycan-Polşa münasibətlərində Məmməd Əmin Rəsulzadənin rolu” kitabının təqdimat mərasimi keçiriləcək
# 24 aprel 2007 11:50 (UTC +04:00)
Sabah Nəsiman Yaqublunun “Azərbaycan-Polşa münasibətlərində Məmməd Əmin Rəsulzadənin rolu” adlı kitabının təqdimat mərasimi keçiriləcək. Polşanın Bakıda səfirliyindən APA-ya verilən məlumata görə, kitabda Azərbaycan Demokratik Respublikasının mövcud olduğu 1918-1920-ci illərdə ölkələrimiz arasında olan münasibətlər və keçən əsrin 20-30-cu illərində Polşada yaşayan Azərbaycan mühacirlərinin fəaliyyəti əks olunub. Kitab Polşanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə Polşa Xarici İşlər Nazirliyinin həyata keçirdiyi layihə çərçivəsində hazırlanıb. Həmin layihə çərçivəsində Nəsiman Yaqublu Polşada elmi səfərdə olub, arxiv idarələrində araşdırmalar aparıb, həmkarları ilə görüşüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR