Bank Of Baku

“Azərbaycandan portretlər”nin növbəti sayı İlyas Əfəndiyevə həsr olunub

“Azərbaycandan portretlər”nin növbəti sayı İlyas Əfəndiyevə həsr olunub
# 26 aprel 2007 10:21 (UTC +04:00)
TRT-nin Bakı təmsilçiliyi Azərbaycan və türk dünyasının ziyalıları ilə bağlı hazırladığı 13 hissəli verilişin növbəti proqramını görkəmli yazıçı İlyas Əfəndiyevə həsr edib. Bu barədə APA-ya təmsilçilikdən məlumat verilib. “Azərbaycandan portretlər” adlanan proqramın bu sayında yazıçı-dramaturq İlyas Əfəndiyevin həyat və yaradıclığından söz açılacaq. Proqramda baş nazirin müavini Elçin Əfəndiyev, professorlar Məryəm Əlizadə və Nizaməddin Şəmsizadənin fikirləri yer alacaq.
Qeyd edək ki, “Azərbaycandan portretlər” proqramının hər hissəsi bir ziyalıya həsr olunub. Proqram aprelin 27-də Bakı vaxtı ilə saat 08:00 və 01:30-da “TRT-İnt”, eyni gündə saat 17:30-da “TRT-Türk” kanalında yayımlanacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR