Bank Of Baku

Musa Yaqubun yaradıcılığına həsr olunan kitab çapdan çıxıb

Musa Yaqubun yaradıcılığına həsr olunan kitab çapdan çıxıb
# 26 aprel 2007 12:02 (UTC +04:00)
Filologiya elmləri namizədi, tənqidçi Vaqif Yusiflinin şair Musa Yaqubun yaradıcılığına həsr etdiyi “Yaxşı ki, sən varsan” kitabı çapdan çıxıb. APA-nın məlumatına görə, siqnal nüsxələri işıq üzü görən kitabda Azərbaycan poeziyasının istedadlı nümayəndəsi Musa Yaqubun şeirimizə gətirdiyi yeniliklərdən bəhs olunur. M. Yaqub poeziyasının özünəməxsusluğu, insan, vətən, təbiət, cəmiyyət, sevgi anlayışlarının izahı ilə yanaşı, şair ömrünün müxtəlif anlarından soraq verən yazılar da kitabda yer alıb. Şairin anadan olmasının 70 illiyinə həsr olunmuş kitab “Çaşıoğlu” nəşriyyatında işıq üzü görüb. Dörd bölmədən ibarət olan kitabın redaktoru xalq şairi Fikrət Qocadır. Kitabın birinci bölməsində Musa Yaqub haqqında yeddi söz, ikinci bölməsində Musa Yaqub haqqında beş məqalə, üçüncü bölməsində Musa Yaqubla beş müsahibə, dördüncü bölməsində isə şair haqqında ustadların, sənət dostlarının, tənqidçi və ədəbiyyatşünasların ürək sözləri çap edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR