Bank Of Baku

“Azərbaycan-Odlar yurdu ” kitabının təqdimat mərasimi keçiriləcək

“Azərbaycan-Odlar yurdu ” kitabının təqdimat mərasimi keçiriləcək
# 26 aprel 2007 14:12 (UTC +04:00)
Mayın 5-də Alman-Azərbaycan Cəmiyyətinin sədri Çingiz Abdullayevin “Azərbaycan-Odlar yurdu” kitabının təqdimat mərasimi olacaq. Bu barədə APA-ya məlumat verən Çingiz Abdullayevin sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi ilə nəşr olunan kitab ölkəmizə səyahət üçün tanıtma məqsədi daşıyır. Kitabda Azərbaycanın tarixi-memarlıq abidələri, turizm üçün sərfəli olan guşələri, ayrı-ayrı rayon mərkəzləri haqqında geniş məlumatlar, xəritələr, coğrafi göstəricilər toplanıb. Kitabın təqdimatı İçərişəhərdə keçiriləcək. Tədbirdə iştirak etmək üçün Almaniyadan ölkəmizə səkkiz nəfərlik nümayəndə heyəti gələcək. “Azərbaycan-Odlar yurdu” kitabı həmçinin alman dilində Almaniyada nəşr olunacaq. Qeyd edək ki, Almaniya Xarici Əlaqələr İnstitutunun baş katibi Kurt-Yurgen Maassın kitab haqqında xoş təəssüratının ifadə olunduğu məktubda kitabın avropalılar üçün qiymətli mənbə olduğu göstərilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR