Bank Of Baku

Sentyabrın 28-29-da Bakıda “Əli və Nino” romanının 70 illiyi keçiriləcək

Sentyabrın 28-29-da Bakıda “Əli və Nino”  romanının 70 illiyi keçiriləcək
# 04 may 2007 12:44 (UTC +04:00)
Alman-Azərbaycan Cəmiyyəti sentyabrın 28-29-da Bakıda “Əli və Nino” romanının 70 illiyini qeyd edəcək. Bu barədə APA-ya Alman-Azərbaycan Cəmiyyətinin sədri Çingiz Abdullayev məlumat verib. Yubileydə Almaniya, ABŞ, İtaliya, Avstriya, Polşa, Rusiya və Gürcüstandan qonaqlar iştirak edəcəklər. Sentyabrın 28-də keçiriləcək mətbuat konfransında romanın nəşri və müəllifi barəsində məlumat veriləcək. Daha sonra təhsil müəssisələrinin birində tədbirə dəvət olunmuş qonaqlarla görüş keçirilməsi planlaşdırılır. Həmin gün axşam isə Azərbaycan Teatr Xadimləri İttifaqında səhnələşdirilən “Əli və Nino” tamaşasının premyerası olacaq. Sentyabrın 29-da Qafqaz Strateji Araşdırmalar Mərkəzinin dəstəyi ilə nəşr edilən Qurban Səidin 12 kitabının və Qurban Səidin həyatından bəhs edən sənədli filmin təqdimatı keçiriləcək. Həmin gün Qurban Səidin yaradıcılığına həsr edilən Beynəlxalq konfransın açılışı olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR