Bank Of Baku

Şair Musa Yaqubun 70 illiyi qeyd olunacaq

Şair Musa Yaqubun 70 illiyi qeyd olunacaq
# 07 may 2007 10:16 (UTC +04:00)
Mayın 16-da Rəşid Behbudov adına Mahnı Teatrında şair Musa Yaqubun 70 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Musa Yaqubun APA-ya verdiyi məlumata görə, tədbirdə əsasən qələm dostları iştirak edəcək. Yubiley tədbirində həm də şairin yenicə işıq üzü görən “Cəm” toplusunun təqdimatı olacaq. “Bu dünyanın qara daşı göyərməz ” başlığı ilə çap edilən bu toplu şairin bütün yaradıcılığını əhatə edir. Qeyd edək ki, şairin 70 yaşı mayın 10-da tamam olur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR