Bank Of Baku

Ukrayna şairi Azərbaycan ədəbiyyatından tərcümələrinə görə öz ölkəsinin Respublika mükafatına layiq görülüb

Ukrayna şairi Azərbaycan ədəbiyyatından tərcümələrinə görə öz ölkəsinin Respublika mükafatına layiq görülüb
# 14 may 2007 13:02 (UTC +04:00)
Ukrayna şairi Mikola Miroşniçenko Azərbaycan ədəbiyyatından tərcümələrinə görə Ukraynanın Maksim Rılski adına Respublika mükafatına layiq görülüb. Bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən məlumat verilib. Mikola Miroşniçenko klassik ədəbiyyatımız da daxil olmaqla əksər Azərbaycan şairlərinin əsərlərini orijinaldan ukrain dilinə tərcümə edib. Maksim Rılski mükafatı ötən əsrin 80-ci illərinin başlanğıcından ən yaxşı tərcümə əsərlərinə verilir. Bu mükafatı ilk alanlar sırasında həmyerlimiz şair Abbas Abdulla da olub. O, mükafatı 1984-cü ildə Ukrayna ədəbiyyatından nümunələri orijinaldan dilimizə tərcümələrinə görə alıb. Qeyd edək ki, Mikola Miroşniçenko Ukraynanın Kiyev şəhərində Taras Şevçenko adına Kiyev Milli Universitetinin dosentidir. Uzun illərdir Azərbaycan şair və yazıçılarını ukrain dilinə tərcümə edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR