Bank Of Baku

Türkiyə yazıçısı Haldun Tanerin “Günün adamı” əsəri Bakıda çapdan çıxıb

Türkiyə yazıçısı Haldun Tanerin “Günün adamı” əsəri Bakıda çapdan çıxıb
# 15 may 2007 08:25 (UTC +04:00)
Türkiyənin Bakı Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin təbliğ etdiyi və dəstəklədiyi layihə çərçivəsində “YOM” dərgisinin kitab seriyasından sayca 6-cı yazıçı Haldun Tanerin “Günün adamı” əsəri çapdan çıxıb. Bu barədə APA-ya Mədəniyyət və Tanıtma Müşavirliyindən məlumat verilib. Yazıçının 1949-cu ildə yazdığı və özünün bu “vaqiə dünyanın hər yerində keçər” dediyi bu səhnə əsəri teatr adamları, türkoloqlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Əsəri Azərbaycan türkcəsində çapa hazırlayan Mehman Musabəylidir. Kitaba “YUÄž” Teatrının rəhbəri Vaqif İbrahimoğlu və rejissor Rasim Aşının da yazıları daxil edilib. “YOM Yayınları”nın nəşri olan bu kitabın redaktoru Türkiyə səfirliyinin Mədəniyyət və Tanıtma Müşaviri Fəthi Gədikli, üz qabığının tərtibatçısı gənc dizayner Murad Fərəclidir. Mədəniyyət və Tanıtma Müşavirliyi mayın 16-da “YUÄž” Teatrında “YOM Yayınları” ilə birlikdə iki kitabın “Hekayələr”in və “Günün adamı”nın təqdimatına həsr olunmuş tədbir keçirəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR