Bank Of Baku

Məmməd Orucun 60 illiyinə həsr olunmuş tədbir keçirilib

Məmməd Orucun 60 illiyinə həsr olunmuş tədbir keçirilib
# 17 may 2007 16:08 (UTC +04:00)
Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda yazıçı Məmməd Orucun 60 illiyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə açaraq, yubilyarın həyat və yaradıcılığından söz açıb. AYB sədri, xalq yazıçısı Anar Məmməd Orucun yaradıcılığının özünəməxsus xüsusiyyətlərini önə çəkərək, onun nəsrinin üstün cəhətlərinin çox olduğunu bildirib. Sonra Anar AYB-nin hədiyyəsini yubilyara təqdim edib. Xalq şairi Fikrət Qoca Məmməd Orucun yaxşı insan, yaxşı dost olduğunu, tənqidçi Vaqif Yusifli isə bənzərsiz nasirliyini önə çəkib. Yazıçının nəsrini əhatəli şəkildə təhlil edən tənqidçi Əsəd Cahangir onun obrazlarının özünəməxsus olduğunu bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR