Bank Of Baku

Rəsul Rza adına mükafatın sahibləri bəlli olub

Rəsul Rza adına mükafatın sahibləri bəlli olub
# 18 may 2007 16:45 (UTC +04:00)
Qulu Ağsəsin APA-nın kitabxanası seriyasından işıq üzü görən rus dilində nəşr olunmuş “Toçki” (“Nöqtələr”) kitabı bu gün Rəsul Rza adına mükafata layiq görülüb. APA-nın məlumatına görə, bu gün xalq şairi Rəsul Rzanın adını daşıyan mükafatın təqdimat mərasimi keçirilib. Azərbaycan Yazıçılar Birliyində (AYB) keçirilən tədbiri giriş sözü ilə “Rəsul Rza adına Ədəbiyyat fondu” nun sədri, xalq şairi Fikrət Qoca açıb və o mükafatları sahiblərinə təqdim edib. Azərbaycan ədəbiyyatını Türkiyədə təbliğ etdiyinə görə Yasəmən Bayar, elmi axtarışlarına görə AMEA-nın müxbir üzvü Oqtay Əfəndiyev, Rəsul Rzaya həsr olunan silsilə məqalələrinə görə Hüseynbala Mirələmov, AYB-nin Gəncə şöbəsinin Məmməd Alim, “Köçürülmə ” romanına görə, yazıçı Məmməd Oruc, ədəbi tənqid sahəsindəki xidmətlərinə görə, tənqidçi Vaqif Yusifli mükafata layiq görülüblər. Kinoşünas Aydın Kazımov, “Ulduz” jurnalının baş redaktor müavini Qulu Ağsəsin “Toçki” (“Nöqtələr”) kitabı, şair-tərcüməçi İlqar Fəhmi də mükafatçılar sırasında olublar. Xalq yazıçısı Anar Rəsul Rzanın oğlu kimi çıxış edərək, atasının xatirəsini yad edənlərə ailələri adından təşəkkürünü bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR