Bank Of Baku

Nəriman Həsənzadə və İlyas Tapdıq Gəncədə olublar

Nəriman Həsənzadə və İlyas Tapdıq Gəncədə olublar
# 22 may 2007 07:44 (UTC +04:00)
Xalq şairi Nəriman Həsənzadə və İlyas Tapdıq Gəncədə səfərdə olublar. APA-nın qərb bürosunun məlumatına görə, onlar Gəncə Dövlət Universitetinin akt zalında şəhər ictimaiyyəti ilə görüşüblər. Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elman Məmmədov hər iki şairi salamlayaraq, gəncəlilərin söz ustadları ilə görüşlərinin ənənəvi hal almasından məmnunluğunu ifadə edib. Çıxış edən ziyalılar Nəriman Həsənzadə dramaturgiyasına nəzər salaraq, onun “Atabəylər”, “Qoy bütün Şərq bilsin” kimi tariximizin həqiqətlərindən bəhs edən dram əsərlərinin müasir dövrümüzlə səsləşdiyini vurğulayıblar. Eyni fikirlər uşaqlar üçün şeir və hekayələrin müəllifi İlyas Tapdıq haqqında da səslənib. Tədbirdə çıxış edən tələbələr hər iki şairin əsərlərindən parçalar ifa ediblər. Tədbirin sonunda söz alan şairlər səmimi münasibətə görə tədbir iştirakçılarına təşəkkürlərini bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR